Zərərli vərdişlər şagirdlərin gözü ilə

9 dekabr 2017-ci il tarixində məktəbin psixoloqu Cəbrayılova Gülnarə IX və X sinif şagirdləri ilə "Zərərli vərdişlər və onlardan qorunma yolları", "Narkomaniyaya yox deyək" mövzusunda söhbət apardı. Zərərli vərdişləri əks etdirən şəkillərlə şagirdləri tanış etdi. Psixoloq çıxışında bildirdi ki, zərərli maddələrin həm asılı fərdin orqanizminə, həm də bütövlükdə cəmiyyətə ziyanı vardır. Vərdiş ona görə ki, asılılıq yaradır və ondan xilas olmaq çətin olur. Təhlükədən qorunmağın ən yaxşı üsulu onların dadına baxmamaqdır. Sonda şagirdlərin hər birinə əsl insan olmağı, nəfslərinə qalib gəlməyi arzu etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi