"Erkən nikah və onun fəsadları" mövzusundan "Dəyirmi masa"

28 noyabr 2017-ci il tarixində R.Baxışov adına 218 saylı tam orta məktəbdə hər il olduğu kimi bu ildə məktəbin psixoloqu Gülnarə Cəbrayılova tərəfindən "Erkən nikah və onun fəsadları" haqqında "Dəyirmi masa" keçirildi. Tədbirdə IX, X, XI sinif şagirdləri iştirak etdi. Psixoloq bildirdi ki, erkən yaşda qurulan bu cür nikahlar daha çox tibbi fəsadlarla müşayiət olunduğu üçün cəmiyyətin genofondu da təhlükə altındadır. Statistikaya görə, son bir neçə ildə 15-19 yaşlı qadınların dünyaya gətirdiyi uşaqlar arasında ölüm halları 50% artıb. Erkən nikahların 60%-i boşanmalarla nəticələnir. Məhkəmə zallarında keçərli olmayan kəbin kağızı ilə ailə həyatına başlayan qadınlar əmlak hüququndan məhrum olmaqla yanaşı, övladlarını da təkbaşına böyütməli olurlar. Psixoloq müxtəlif şəkilləri şagirdlərə göstərərək mövzu haqqında daha ətraflı məlumatlar verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi