Respublika fənn Olimpiadasının məktəb turu

17 noyabr 2017-ci il tarixində məktəbdə Respublika fənn Olimpiadasının məktəb turu keçirildi. Olimpiada V-XI siniflərin şagirdləri arasında Azərbaycan dili, Ədəbiyyat, Riyaziyyat, İnformatika, İngilis dili, Tarix, Kimya, Biologiya, Fizika fənləri üzrə təşkil olundu. Olimpiadada ümumilikdə 300-dən çox şagird iştirak etdi və bu mərhələnin keçirilməsində məktəbin pedoqoji heyəti köməklik göstərdi. İlk mərhələnin nəticələrinə görə yüksək nəticə göstərmiş şagirdlər növbəti mərhələdə iştirak etmək hüququ əldə edəcəklər.