XI Azərbaycan Beynəlxalq Təhsil sərgisi

6-8 oktyabr 2017-ci il tarixlərində Bakı Ekspo Mərkəzində Təhsil Nazirliyinin rəsmi dəstəyi ilə XI Azərbaycan Beynəlxalq Təhsil sərgisi keçirildi. R.Baxışov adına 218 nömrəli tam orta məktəbin IX və XI sinif şagirdləri məktəbin İngilis dili müəllimi Məmmədov Anarın başçılığı ilə 6 oktyabr tarixində sərgini ziyarət etmişdir. Sərgidə şagirdlər Təhsil Nazirliyinin, Azərbaycanın 14 ali təhsil müəssisələrinin və xarici dövlətlərin aparıcı universitetlərinin stendləri ilə tanış oldular. Şagirdlər xarici universitetlərin xüsusi ilə də Belçika, Ruminiya, Macarıstandan gəlmiş nümayəndələr ilə ingilis dilində ünsiyyət quraraq həmin universitetlərə qəbul prosesi, təhsil haqqı və digər məsələlər ilə məlumatlandırılıblar. Mərkəzdə keçirilən kiçik bilik yarışmasında şagirdlər iştirak edərək, kurslar tərəfindən hədiyyə qazandılar. Sonda isə Mərkəzin qarşısında xatirə şəkli çəkildi.