28 may-Respublika günüdür

Məktəbin müəllimi Əsmət Abbasovanın rəhbərliyi ilə 4“E” sinif şagirdləri ilə “28 may-Respublika günüdür” mövzusunda tədbir keçirildi. Tədbirdə 28 may–Respublika günü ilə əlaqədar şagirdlərin təqdimatında hazırlanmış video çarxlar nümayiş olundu, şeirlər, musiqi nömrələri böyük maraq hissi yaratdı.Tədbirdə məktəbin rəhbərliyi, müəllimlər və valideynlər iştirak edirdi. Müəllim Ə.Abbasova öz çıxışı ilə müsəlman şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cumhuriyyəti xalqımızın milli oyanışı və dirçəlişi prosesinin nəticəsi kimi yaranmış, iki ilə yaxın qısa bir müddətdə mövcud olmasına baxmayaraq demokratik hüquq və azadlıqların bərqərar olması, bir çox Avropa ölkəsini geridə qoyaraq qadınların seçki hüququnu tanıması, Azərbaycan dilinin dövlət dili elan edilməsi, təhsilin, mədəniyyətin inkişafı, milli ordu quruculuğu və s. sahələrdə görülmüş işlərlə dövlətçilik tariximizdə dərin iz buraxılmasını xüsusilə vurğuladı.
Sonda Ə.Abbasova şagirdlərin vətənə olan böyük sevgisindən, onların vətənpərvər ruhda tərbiyə olunmasından söhbət açaraq, yeni təhsil pilləsində onlara böyük uğurlar arzuladı.