Şagirdlər Ekologiya və Təbii Sərvətlər Nazirliyində

   Məktəbin 6b sinif şagirdləri  coğrafiya müəllimi Pərvanə Hacıyevanın rəhbərliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyində oldular. Şagirdlər onları maraqlandıran suallar ilə nazirlik əməkdaşlarına müraciət etdilər.Hava proqnozlarının necə öyrənilməsi, peyk vasitəsilə məlumatların əldə olunması haqqında şagirdlər maraqlı və məzmunlu məlumatlar öyrəndilər. Coğrafiya müəllimi Pərvanə Hacıyeva peşəkar, fənnini sevən bir müəllimə olmaqla,  həmişə şagirdlərin dərin biliyə malik olmaları üçün imkanlar axtarır. Şagirdlərlə təşkil olunmuş bu görüş də böyük öyrədici xassəyə malik olmuşdur.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi