Şəhidlər and yerimiz!

         17.01.2020-ci il tarixində məktəbimizdə 20 Yanvar faciəsinin 30-cu il dönümünə həsr olunmuş tədbirlər keçirildi. Tədbir Azərbaycan Respublikasının himni ilə başlandı. Daha sonra Şəhidlərimiz bir dəqiqəlik sükutla yad edildi. Məktəbin tarix müəllimləri dəhşətli faciə haqqında şagirdlərə geniş məlumatlar verdilər, slaydalar nümayiş etdirdilər. Şagirdlər də öz növbələrində 20 Yanvar faciəsinə həsr olunmuş səhnəciklər, şeirlər təqdim etdilər.                Həmçinin bu faciə ilə əlaqədar  14-15 yanvar tarixlərində  açıq dərslər keçirildi, inşa müsabiqələri, sərgilər  təşkil edildi, divar qəzetləri hazırlandı.

          12.01.2020-ci il tarixində məktəbin bir qrup müəllim və şagird heyəti and yerimiz olan Şəhidlər xiyabanını əllərində qərənfillərlə ziyarət etdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi