“Ən böyük sərvətimiz - Ana dili” adlı tədbir keçirildi

Fevralın 20- də, məktəbimizin kitabxana müdiri Firəngiz Mahmudova və ibtidai sinif müəllimi Sürayya Əkbərovanın təşəbbüsü ilə 3a sinif şagirdləri F.Köçərli adına Respublika Uşaq Kitabxanasında  “Ən böyük sərvətimiz- Ana dili” adlı tədbir keçirdi.  Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin oxunması ilə başladı. Tədbir çərçivəsində, Beynəlxalq Ana dili gününün yaranma tarixi haqqında məlumat verildi. Məktəblilərin ifasında  Ana dilimizə həsr olunmuş Tofiq Bayramın “Öz ana dilini bilməyənlərə”, Bəxtiyar Vahabzadənin “Ana dili”, Teyyub Qurbanın “Ana dilim”, Süleyman Rüstəmin “Dilimə dəymə”, “Ana dilim” şeirlərini söylədilər, “Ey vətən”, “Şirin dil”, “Ana dili”, “Azərbaycan Diyarı”, ”Bu gözəl vətən bizimdir” adlı mahnılar səsləndi. Bundan əlavə, şagirdlər ana dilimizə həsr edilən müdrik kəlamlar və ədəbi-bədii kompozisiyalar nümayiş etdirdilər. Tədbirdə çıxış edən elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova, şagirdlərə  öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirməklə bağlı söhbət açdı. Qeyd etdi ki, Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri var. Bu gün də Azərbaycan dövləti milli-mənəvi dəyərlərin qorunmasına və dilimizin inkişafına böyük qayğı ilə yanaşır. Ana dilimizin saflığını qorumaq, inkişaf etdirmək və onu dərindən öyrənmək hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Sonda uşaqlara kitabxana tərəfindən kitablar hədiyyə olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi