“Qarabağdır Azərbaycan” adlı tədbir

 

3b sinfinin sinif rəhbəri M.Atakişiyeva öz sinfində “Qarabağdır Azərbaycan” adlı tədbir keçirdi. Tədbirin məqsədi həmin sinfə “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuş Fərhad Atakişiyevin adının verilməsi idi.

Tədbirdə Fərhad Atakişiyevin şərəfli həyat yoluna bir daha nəzər salındı, onunla bağlı videoçarx nümayiş etdirildi, həmçinin şagirdlərin vətənpərvərliklə dolu çıxışları səsləndi.

Şəhidin əmisi Elman Atakişiyevin və bacısı Sevinc Atakişiyevanın onunla bağlı xatirələri isə Fərhadın çox qısa, lakin cəsarətlə dolu olan həyat yolundan məlumatlar verdilər.

Sonda çıxış edən məktəbin direktoru C.Mustafayev şagirdlərə gələcək işlərində uğurlar arzuladı və onlara tövsiyə etdi ki, hər zaman vətənin azadlığı uğrunda canından keçən şəhidlərimizin əbədi xatirəsini əziz tutsunlar.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi