“20 Yanvar hadisələrinin 30-cu ildönümü”nə həsr olunmuş tədbirlər

Yanvarın 10-dan etibarən məktəbimizdə 20 Yanvar hadisələnin 30-cu  ildünümünə həsr olunmuş silsilə tədbirlər:  sinif təşkilat saatları, ədəbi-bədii kompozisiyalar, rəsm və divar qəzetlərinin sərgisi, seminar, müzakirə və s. keçirilmişdir.

Həftə ərzində siniflərdə bu mövzuda  təşkilat saatları aparılmış, VIII siniflərdə tarix müəllimi Vüsalə Məhərrəmlinin təşkilatçılığı ilə seminar, X siniflərdə isə Telli Səfərova müzakirələr keçirmişlər. Ayın əvvəlində "30 il şəhidlik zirvəsində” mövzusuna həsr olunmuş sərgi və inşa müsabiqəsi keçirilmiş, şagirdlərimiz şəhidlərin xatirəsinə həsr olunmuş guşədə kompozisiyalarla çıxış etmişlər.

Yanvarın 17-də ilk dərslər bu mövzuya həsr olunmuş, həmçinin 17 yanvarda ümumi məktəb tədbiri təşkil olunmuşdur. Tədbirdə XX əsrdə imperiyanın həyata keçirdiyi ən qəddar terror aktlarından biri olan 20 Yanvar hadisəsinin 30-cu ildönümünə həsr olunmuş videoçarx nümayiş olunmuş, müəllim və şagirdlər şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etmişlər.

 Məktəbin direktoru Cavad Mustafayev öz çıxışında xalqımızın 30 il Qanlı Yanvar faciəsini nəinki yaddan çıxardığını, əksinə, bu faciənin bir millət kimi bizləri daha da sıx birləşməyə, həmrəyliyə və düşmən hiyləsi qarşısında daim sərvaxt olmağa çağırdığını vurğulamışdı.  

Həftə boyu məktəbin kollektivi Şəhidlər Xiyabanını ziyarət etmişlər. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi