Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbir keçirilib

Heydər Əliyev və Azərbaycan: möhtəşəm inkişaf erasına doğru”Nizami rayonunda bu mövzuda ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbir keçirilibTədbir iştirakçıları ulu öndər Heydər Əliyevin fəaliyyətinə həsr olunmuş rəsm sərgisilə tanış olublar.Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə keçirilmiş futbol, voleybol, həndbol, breyn-ring, cüdo, karate, üzgüçülük, basketbol, bədii gimnastika, şahmat və şeir yarışları üzrə qaliblərin mükafatlandırılması mərasimi olub. Həndbol üzrə birinci yerin qalibləri olan 214 N-li məktəbin komandasına kubok, medallar və diplomlar təqdim edilib.Bundan əlavə şeir müsabiqəsində məktəbimizin 10-cu sinif şagirdi Tağıyeva Arzu II yerə layiq görülmüşdür.Təbrik edirik!!!