“BİLİK GÜNÜ”

Sentyabrın 15-də Azərbaycanın təhsil ictimaiyyətinin bayramı, “Bilik Günü”dür. “Bilik Günü” Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli fərmanına uyğun olaraq, hər il sentyabrın 15-də keçirilir. Müəllim əməyinin nəticəsində formalaşan cəmiyyətdə savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu gün məktəb həyatına qədəm qoyan  birincilər üçün səbirsizliklə , sevinc və həyacanla gözlənilən bir gündür. Onlar  hərflər ilə tanış olub , kitablar oxuyub , şeirlər əzbərləyəcək və beləcə ilk zəngin sədası ilə yeni həyata - məktəb həyatına qədəm qoyacaqlar.

16 sentyabr 2019-cu il tarixində Respublikamızın bütün rayon, şəhər və kəndlərində eləcə də M.Orucov adına 213 nömrəli məktəb-liseydə yeni dərs ilinin başlandığı gün "Bilik günü" qeyd olundu. Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.Tədbiri məktəb-liseyin direktoru Əliyeva Səbinə  çıxışı ilə açıq elan etdi. Səbinə müəllim "Bilik günü" münasibətilə valideynləri, şagirdləri, müəllimləri təbrik etdi. Dövlətimizin azadlığı, torpaqlarımızın suverenliyi uğrunda öz canlarını qurban vermiş bütün şəhidlərin ruhu 1 dəqiqəlik sükutla yad edildi. Sonra söz Sabunçu Rayon İcra Hakimiyyətinin nümayəndəsi Vidadi Səlimova, məktəbimizin adını daşıdığı şəhid Müşviq Orucovun atası Davud Orucova, məktəbin təlim-tərbiyə üzrə direktor müavini Dünyamalıyeva Həyat xanıma verildi. Onlar da öz növbəsində müəllim kollektivini və şagird heyətini “İlk Zəng” münasibətilə təbrik etdi. Tədbir “İlk Zəng”in çalınması ilə başa çatdı.

Yeni dərs iliniz mübarək!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi