BEYNƏLXALQ ANA DİLİ GÜNÜ

Məktəbimizin ibtidai sinif müəllimi Fəxriyyə Dadaşova tərəfindən rəhbərlik etdiyi 2b və 6b sinif şagirdlərinin iştirakı ilə “Beynəlxalq Ana Dili Günü”  adlı tədbir təşkil olundu. Tədbir Azərbaycan Respublikasının  Dövlət Himni ilə başlandı. Şagirdlərin ifasında  ana dilinə aid şeirlər səsləndi, ana dilimizə sevgi hissi oyadan səhnəciklər göstərildi. 2b sinif  şagirdlərinin  ifasında rəqslər nümayiş olundu.

Tədbirdə Milli Qəhrəmanımız Mübariz İbrahimovun ruhu yad edildi. Qəhrəmanımızın şəkli şagirdlərin kompozisiyası ilə yaradıldı.

Tədbir “Ana dilimizi sevək, sevdirək” mahnısı ilə yekunlaşdı.

Sonda Fəxriyyə Dadaşova və tədbir iştirakçıları məktəb-liseyin direktoru Səbinə Əliyeva tərəfindən “Təşəkkürnamə” ilə təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi