ŞAGİRDİMİZİN NÖVBƏTİ UĞURU

“ Təhsil” Respublika İdman Mərkəzinin 4 nömrəli İxtisaslaşdırılmış  Olimpiya ehtiyatları Uşaq-Gənclər İdman –Şahmat Məktəbinin təşkil etdiyi  2 Fevral Gənclər Gününə həsr edilmiş  Şahmat üzrə açıq birinciliyində I yer tutduğuna görə Qardaşəliyev Nicat Kubok, Diplom və Medalla təltif olunub. Bundan başqa şagirdimiz bir neçə turnirdə də  öz bacarığını sınayaraq qaliblər sırasında yer almışdı. Belə ki, “ Şah Klub” şahmat klubunun  təşkil etdiyi  26 iyun  Silahlı Qüvvələr gününə həsr edilmiş III dərəcə   təsnifat turnirində III yeri tutduğuna görə Diplom və Medalla təltif olunub.

“ Qış 2019” II dərəcə təsnifat yarışında  III yeri tutduğuna görə Diplom və Medalla təltif olunub.

 Nailiyyətlərinin bol olması diləyi ilə şagirdimizə uğurlar arzulayırıq .

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi