SAĞLAM GƏLƏCƏK ÜÇÜN ZƏRƏRLİ VƏRDİŞLƏRƏ YOX DEYƏK !

Şagirdləri zərərli vərdişlərdən qorunması , onlarla sağlam həyat tərzinin  formalaşdırılması məqsədilə fevralın 4-də  8a və 8b sinif şagirdləri ilə seminar keçirildi.

Məktəb-liseyin psixoloqu Y. Vəliyeva bildirdi ki, şagirdlərin  zərərli vərdişlərdən uzaq durmaları  üçün daha çox  məlumata malik olmalı və  maariflənməlidirlər. Belə ki təcrübələr göstərir ki,  az yaşlıların , xüsusən də yeniyetmələrin  zərərli vərdişlərə  yiyələnməsi onların  məlumatsızlığından   və maraqları üzündən baş verir. Bunun üçün  şagirdlərdə şüurlu  şəkildə həmyaşıdlarının  təhrikedici təzyiqinə müqavimət göstərə bilmək  qabiliyyəti inkişaf etdirilməli, yaşıdlarla ünsiyyət, problemin həll edilməsinə kömək etmək üçün müraciətlərin olunması çox vacibdir.

Sonra V.Vəliyeva sağlam həyat tərzinin  formalaşdırılması bir sıra yol və  vasitələrin olduğu haqqında geniş  məlumat verdi. Mövzu haqqında şagirdlərə slaydlar və videolar nümayiş olundu.

Sonda şagirdlərin sualları ətraflı şəkildə cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi