BULLİNQ - Ümumtəhsil məktəblərində

      Son zamanlar  dünyanın bütün ölkələrində  təhsil müəssisələrində müşahidə olunan ən qabarıq problemlərdən biri təhsilalanların təzyiq və aqressiv davranışların hədəfi olmasıdır. Onlardan biri son vaxtlar leksikonda  yer almış bullinqdir (bullying).  İlk dəfə 1985-ci ildə Böyük Britaniyada işlədilən bu termin bu mövzuda ilk tədqiqat işləri üzə çıxdıqdan sonra XX əsrin əvvəllərində geniş istifadə olunub. Bütün uşaqlar gec-tez bullinqlə rastlaşırlar: ya qurban, ya incidilən şəxs və ya şahid kimi, yəni həm onlayn, həm də reallıqda. Bütün bu rollar uşağın şəxsiyyətinə dağıdıcı təsir göstərir. Əgər siz öz həyatınızda heç vaxt digər, daha güclü və ya daha çox səlahiyyət sahibi olan insan tərəfindən sistematik təqib və ya başqa zorakılıq hiss etməyibsinizsə, belə görünə bilər ki, bullinq xırda məsələdir.

     Şagirdlər arasında zorakılıq hadisələri həmişə məktəbin  bir hissəsi olub,  ancaq indi onlar  daha çox gözə çarpır.  Bu gün Ukraynada 10 uşaqdan 8-i bullinqin  qurbanı olur. Bu hadisələrin başlanmasına təkan verən isə aşağı sinif şagirdlərinə qarşı münasibətdən qaynaqlanır, məsələn, yuxarı siniflərin şagirdləri onların əlindən mobil telefonları alırlar. 11-15  yaşlı uşaqlar arasında isə dedi-qodular, alçaldıcı zarafatlar və boykot  halları geniş yayılıb.

     Bu məqsədlə 27 noyabr 210 №-li tam orta məktəbin psixoloqu Vüsalə Rəhimova şagirdlərlə "Bullinq nədir?" mövzusunda görüş keçirdi. Görüşün əsas məqsədi ümumi təhsil müəssisələrində sağlam mənəvi-psixoloji mühiti təmin etmək, təhsilalanların hər hansı fiziki və psixoloji zorakılıq hallarından qorunmasına yardımçı olmaqdan ibarətdir. Həmçinin təhsil işçiləri və şagirdləri bullinq davranışları ilə tanış etmək, onun qarşısını almaqda müəllimlərə dəstək olmaq da seminarların əsas hədəflərindəndir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi