"Kiçik Akademiya"nın maraqlı araşdırması
Mayın 13-də məktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya"nın üzvləri tarix fənnindən yazdıqları referatları təqdim etdilər. Şagirdlərin tədqiqat aparmaq, araşdırmaq, təqdim etmək kimi bacarıqları bu təqdimatda daha aydın nəzərə çarpdı.
Sinif şagirdləri Nərgiz Əliyeva - "История японских палочек", Elgün Həsənov - "Музыка, услаждающая слух", Zəhra Yusifova - "Индийский танец как средство общения" mövzularında araşdırma aparmışlar. Şagirdlərə mövzunu araşdırmaq üçün onların elmi rəhbərləri Əhədova Nərgiz istiqamət vermişdir. Onlar araşdırma zamanı müxtəlif mənbələrdən - ədəbiyyatlardan, internet resurslarından istifadə etmişlər. Hər bir akademiya üzvü çıxışı zamanı mövzuya uyğun geyimlərdə öz mövzularını təqdim etdi.