Ulu öndər Heydər Əliyev

  "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam" deyən ümummilli lider azərbaycanlılara xas gözəl nə varsa, onların hamısını öz parlaq simasında bir araya gətirmişdir.

  Heydər Əliyev idarəçiliyinin təlimində güclü dövlət anlayışı və bütün atributları ilə birgə ölkənin iqtisadi, siyasi, sosial və mənəvi əsasları öz əksini tapmışdır. Heydər Əliyev nəinki müstəqil Azərbaycan dövlətinin yaradılması konsepsiyasını həyata keçirdi, eyni zamanda, Azərbaycan vətəndaşlarını birləşdirən, xalqımızı beynəlxalq aləmdə vahid amal, əqidə, məqsəd və məram ətrafında səfərbər edən milli azərbaycançılıq ideologiyasını da yaratdı.

   Aprelin 10-u Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünü ilə əlaqədar məktəbin 2 "A"sinfində "dəyirmi masa" keçirildi. Sinif müəllimi Samirə Əliyeva ulu öndər haqqında şagirdlərə ətraflı məlumat verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi