Ümummilli lider Heydər Əliyev

  Aprelin 10-u 210 №-li tam orat məktəbdə ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə təqdimat keçirildi. Təqdimat məktəbin rus bölməsinin 9 "C" sinfində tarix müəllimi Nərgiz Əhədovanın təşkilatçılığı ilə hazırlanmışdı.

  Tarix müəllimi Azərbaycanı zamanın çətin sınaqlarından çıxarmış Ümummilli Liderin ictimai-siyasi fəaliyyəti haqqında ətraflı məlumat verib. Ulu öndər Heydər Əliyevin müstəsna tarixi xidmətlərindən, demokratik dövlət quruculuğu konsepsiyasından, böyük xilaskarlıq missiyasından danışıb. Ümummilli lider Heydər Əliyevin elmə, təhsilə daim böyük önəm verdiyini diqqətə çatdıran Nərgiz müəllimə ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini bildirib. Təqdimatın gedişində şagirdlər ulu öndər Heydər Əliyevə həsr olunmuş şeirlər səsləndirib.

  Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi dövr minilliklər boyu davam edən dövlətçilik tariximizin şanlı səhifəsidir. Bu mərhələ Azərbaycanda müstəqilliyin əbədi və dönməz xarakter alması, dövlətçiliyin möhkəmləndirilməsi, iqtisadi inkişaf üçün möhkəm təməlin yaradılması, milli-mənəvi yüksəliş, hər bir fərdin özünü layiqli vətəndaş olaraq dərk etməsi ilə müasir tariximizə əbədi həkk olunmuşdur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi