Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü

  Müstəqil Azərbaycan dövlətinin xilaskarı və banisi ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə 210 №-li tam orta məktəbdə silsilə tədbirlər keçirilir.

Aprelin 7-də müxtəlif yaş kateqoriyalarından ibarət məktəb şagirdləri arasında məktəbdaxili rəsm müsabiqəsi keçirildi. Müsabiqə məktəbin həyətində təşkil olundu. Şagirdlər rəngli təbaşirlə asfalt üzərində Heydər Əliyev və onun qurduğu müasir Azərbaycanı tərənnüm edən göz oxşayan şəkillər çəkdilər. 

  Rəsm müsabiqəsi ilə yanaşı məktəbin müasir avadanlıqlarla təchiz olunmuş sinif otağında şeir müsabiqəsi də təşkil olundu. Müsabiqədə ümummilli lider Heydər Əliyevə həsr edilən şeirlər müxtəlif yaş kateqoriyalı şagirdlərin ifasında səsləndirilib. Şagirdlər müsabiqə vasitəsilə Ulu öndərə olan sevgi və ehtiramlarını bildirmişlər. Müsabiqənin münsiflər heyəti direktor müavinləri və Azərbaycan dili və ədəbiyyat müəllimlərindən ibarət idi.

Bu cür müsabiqələrin keçirilməsində əsas məqsəd ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti qarşısındakı misilsiz fəaliyyəti, onun dövlətçiliyimizin xilaskarı olması və bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasi kursun əsaslarının məhz ulu öndərimiz tərəfindən qoyulması haqqında şagirdləri bir daha maarifləndirməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi