Yol hərəkəti qaydaları və mən

  30 aprel 2019-cu il tarixində 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzində “Yol hərəkəti qaydaları və mən!” mövzusunda breyn-rinq intellektual bilik yarışı keçirilib.

Məqsəd məktəblilərin yol hərəkəti qaydaları haqqında biliklərini daha da gücləndirmək, istedadlı uşaqları aşkar etməkdir.

Yarışda məktəbin komandası da iştirak edib.

Yarışın münsiflər heyəti: Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov, Texnika üzrə fəlsəfə doktoru, professor Əziz Talıbov, Yol təhlükəsizliyi üzrə ekspert Azər Allahverənov, Bakı Şəhər Baş Polis İdarəsi İctimai Təhlükəsizlik İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Məryəm Ömərova idi.

Hər raundda 12 sual olmaqla komandalar arasında 5 oyun keçirilib. Qiymətləndirmə 1 bal sistemi ilə aparılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi