Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi

  Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin keçirilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Tədbirlər Planının 1-ci bəndinə əsasən 23.04.2019-cu il tarixində məktəbin 5 "B" sinfində Azərbaycan dili və ədəbiyyat müəllimi Xəyalə Əfəndiyeva və məktəbin direktor müavini İlhamə Qurbanovanın təşəbbüsü ilə Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar təqdimat keçirildi.

  İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir. Mütəfəkkir şairin dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətində olub, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir.

  Şagirdlər İ.Nəsimin həyatı və yaradıcılığı haqqında divar qəzetləri, fotostend, buklet təqdim etdilər. Onlar şair haqqında mühazirələr oxuyub, böyük şairin müəllifi olduğu qəzəllərdən söylədilər.

  Təqdimatda məktəbin direktoru Kəmalə Rəsulova da iştirak edərək şagirdlərin mühazirələrini, qəzəllərini diqqətlə dinlədi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi