Qarabağ uğrunda

   19.04.2019-cu il tarixində məktəbin Azərbaycan bölməsinin 3 "B" sinfində "Aprel döyüşləri" ilə əlaqədar təqdimat keçirildi. Təqdimat Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş Azərbaycanın Milli Qəhrəmaları haqqında hazırlanmışdı.

  3 "B" sinfi Azərbaycanın Milli Qəhrəmanı Canpolad Rzayevi seçmişdir.

  Milli Qəhrəman Canpolad Rzayevin oğlu Atatürk Rzayev ibtidai sinfi 210 №-li tam orta məktəbdə bitirmişdir. Sinif rəhbəri də məhz indiki 3 "B" sinfinin rəhbəri Elmira Məmmədova olmuşdur.

  Məktəbin Təsərrüfat işləri üzrə direktor müavini Dilqəm Şura oğlu Əlirzayev müharibənin canlı şahidi kimi bu təqdimata qatılaraq şagirdlərə müharibədəki fəaliyyətini anlatdı, ötənləri yada saldı. Əzablı döyüş yolu keçən Dilqəm Əlirzayev Qarabağda, eləcə də Əfqanıstanda gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq yaralanır. Müharibə xatirələrini bizimlə bölüşən II qrup əlili Dilqəm müəllimin sözlərinə görə, gün ərzində minlərlə insanın öldüyü savaşda sağ qalmaq möcüzə idi. Şagirdlər keçmiş döyüşçünün cəbhə xatirlərini maraqla dinlədilər. 

https://youtu.be/9orfnrcTGio

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi