Azərbaycanın Milli Qəhrəmanı - Elşad Yəhyayev

   Fəaliyyət planının 3.1.5 bəndinin "Vətənin qəhrəman oğulları" mövzusuna əsasən aprel-may ayı çərçivəsində şagird təqdimatları keçirilir.

   Aprelin 18-i məktəbin rus bölməsinin 3 "Ç" sinfində Azərbaycanın Milli Qəhrəmanı Elşad Məmmədhənifə oğlu Yəhyayev haqqında təqdimat keçirildi.

   Sinif rəhbəri Səbinə Əhmədova Elşad Yəhyayev haqqında geniş məlumat verərək videoçarx təqdim etdi. Şagirdlərin hər biri milli qəhrəmanın həyat yolu və mübarizəsini əks etdirən divar kağızları, təqdimatlar hazırlamışdırlar. 

   Yəhyayev Elşad Məmmədhənifə oğlu 5 may 1966-cı ildə Şəki şəhərində anadan olub. 1973-cü ildə Şəkidəki 12 saylı məktəbə gedən Elşadın ailəsi 1977-ci ildə Bakıya köçür. 1983-cü ildən o, təhsilini Xətai rayonundakı 56 saylı orta məktəbdə davam etdirir. 1984-86-cı illərdə hərbi xidmətdə olan Yəhyayev Elşad Məmmədhənifə oğlu 1987-ci ildə Saratov Ali Hərbi Komandirlər Məktəbinə daxil olur. 1991-ci ildə leytenant rütbəsi ilə Vətənə qayıdır. Bu zaman artıq Qarabağ müharibəsi başlamışdı. Elşad könüllü olaraq Daxili İşlər Nazirliyinə müraciət edir və onu “N” saylı hissəyə taqım komandiri təyin edirlər. 
Cəsur komandir Sırxavənd, Naxçıvanik, Papravənd kəndlərində gedən döyüşlərdə iştirak edir. Ermənilərlə öz sücaətini göstərən döyüşçü xeyli qulduru məhv edir.
   Naxçıvanik kəndində qaynar döyüşlər gedirdi. Ermənilər ağır itki verdilər və geri çəkildilər. Elşad bu döyüşdə xeyli düşməni məhv etdi. 
   20 iyun 1992-ci il tarixində baş verən döyüşlərdə o, snayper gülləsinə tuş gələrək qəhrəmancasına şəhid oldu. 

https://youtu.be/5e7KKDbGP4s

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi