Əlif Hacıyev - Azərbaycanın Milli Qəhrəmanı

   Aprelin 17-i Fəaliyyət planının 3.1.5 bəndinin "Vətənin qəhrəman oğulları" mövzusuna əsasən aprel-may ayı çərçivəsində məktəbin rus bölməsinin 3 "C" Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyev haqqında təqdimat hazırlamışdır. Sinif rəhbəri Nailə Hüseynova Əlif Hacıyev haqqında ətraflı söhbət açdı. Şagirdlər sinifdə və məktəbin "Milli Qəhrəmanlarımız" guşəsində Əlif Hacıyevın həyat və qəhrəmanlıq yolundan geniş məlumat verdilər.

   Elif Hacıyev 24 iyun 1953-cü ildə Xocalı şəhərində doğulmuşdur. 1970-ci ildə burada məktəbi bitirmişdir. 1971-ci ildə ordu sıralarına çağırılmışdır. 1973-cü ildə ordudan tərxis olunaraq Xankəndi rayonunda sürücü işləmişdir. 1976-cı ildə SSSR DİN-nin Milis məktəbinə daxil olmuşdur. 1990-cı ildən isə taleyini Xoxcalı ilə bağlayır burada hava limanına komendant təyin edilir. 1991-cil ona mayor rütbəsi verilir. Azərbaycanın ata-babalardan yadigar torpaqlarını işğal edərək insanları vəhşicə yandıran qətlə yetirən, evləri qarət edib yandıran, talan edən erməni millətçilərinin indi növbəti hədəfi Xocalı idi... 26 fevral 1992-ci il 20-ci əsrin ən böyük cinayətlərindən olan Xocalı soyqırımı törədildi Əlif neçə-neçə Xocalı sakinini Ağdama tərəf təhlükəsiz əraziyə çıxara bildi 22 nəfərlik rota saysız erməni tanklarının, 366-cı moto-atıcı alayın qarşısını sinə gərərək alırdı. Son anda vəziyətin çıxılmaz olduğunu görən igid komandir hava limanının düşmənin əlinə keçməməsi üçün dispetçer məntəqəsini partlatdı. Əlif Hacıyev son nəfəsinə qədər vuruşdu, o öz doğma şəhərində Xocalıda qəhrəmancasına həlak oldu.

   Azərbaycan Respublikası prezidentinin 6 iyun 1992-ci il tarixli 831 saylı fərmanı ilə mayor Hacıyev Əlif Lətif oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

https://youtu.be/8RvBYdxHrSo
 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi