Milli Qəhrəman - Faiq Alış oğlu Ağayev

   Fəaliyyət planının 3.1.5 bəndinin "Vətənin qəhrəman oğulları" mövzusuna əsasən aprel-may ayı çərçivəsində şagird təqdimatları keçirilməkdə davam edir.

   Aprelin 16-ı məktəbin rus bölməsi 1 "C" sinfində Azərbaycanın Milli Qəhrəmanı Faiq Alış oğlu Ağayevi dərin hüznlə yad ediblər. Onlar milli qəhrəmanımız haqqında təqdimat hazırlayaraq onun həyatından və qəhrəmanlıq mübarizəsindən danışıblar.

   Azərbaycan Respublikası prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264-saylı fərmanı ilə Ağayev Faiq Alış oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

   1969-cu il iyun ayının 6-da Ağdam rayonunun Papravənd kəndində doğulmuşdur. 1990-cı ilin sentyabr ayında Ağdam Rayon Polis İdarəsinin tərkibində yaranmış, polis alayına yazılır. 1991-ci il dekabr ayının 23-ü... Meşəli kəndi erməni silahlılarının hücumuna məruz qalmışdı, günahsız, silahsız insanları körpələrə, yaşlılara məhəl qoymadan vəhşicə qətlə yetirirdilər. Döyüşçülərimiz yerli əhalini xilas etməyə çalışırdılar. Uçurulmuş evlərdən birini özünə istehkam seçən Faiq dəqiq atəşlərlə azğınlaşmış erməni quldurlərını məhv edirdi. Faiq düşmənin atəşini özünə cəlb etməklə onlarla qadını, uşağı xilas etdi. O, son ana qədər mövqeyini tərk etmədi, son damla qanına və son nəfəsinə qədər vuruşdu Vətənimizin igid oğlu başqalarının həyatını xilas edərək öz həyatını qurban verdi.

https://youtu.be/tgIi2q48FUQ

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi