İstiqlal muzeyi

  Vətənimizin tarixinə Azərbaycan ordusunun zəfər ayı kimi həkk olunan aprel ayı igid oğullarımızın şücaəti sayəsində azad olunan torpaqlar Qarabağın azad ediləcəyi gün heç də uzaq olamdığını göstərdi. 

  Hər zəfərdə olduğu kimi bu döyüşlər də itkisiz olmadı. Bu döyüşlərdə məktəbimizin iki məzunu şəhid oldu.

  Məktəbin illik fəaliyyət planının 3.1.5 və 3.1.6 bəndinə əsasən gənc nəslə vətənpərvərlik hissini aşılamaq üçün "Qədim və müasir Azərbaycan tarixinin qəhrəman övladlarının anım günlərinin keçirilməsi onların həyat və mübarizə yolunu əks etdirən silsilə tədbirlər təşkil edirlər."

  "Vətənin qəhrəman oğulları"nın şücaəti ilə gənc, böyüməkdə olan nəsli məlumatlandırmaq məqsədi ilə Samara Əliyeva və rəhbərlik etdiyi 2 "A" sinfi 7 aprel 2019-cu il tarixdə "İstiqlal" muzeyində olmuşdur. Milli qəhrəman Məhərrəm Mirəziz oğlu Seyidovun qəhrəmanlıq səlnaməsi xüsusi ilə araşdırılmış, keçdiyi həyat yolu, dostluq, qardaşlıq xüsusiyyətləri haqqında şagirdlərə geniş məlumat verilmişdir. 

  Bu məlumatlar ayın əvvəlindən sinifdə təşkil edilmiş təqdimatlarda, divar qəzetlərində, referatlarda öz əksini tapmışdır. "İstiqlal" muzeyində bir daha əyani şəkildə şagirdlərin diqqətinə çatdırılmışdır.

  Bu mövzuda olan çıxışlar muzeydə keçiriləndəyirmi masada təqdim edilmişdir.

  Məktəbin şagirdləri Azərbaycan tarixində dərin izlər qoymuş qəhrəman övladların şücaətləri ilə yaxından tanış olaraq onların azad, firavan yaşamaq üçün ata və babalarının nələr etdiklərinin bir daha şahidi olmuşlar.

  Gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi hər birimizin ən ümdə vəzifəsidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi