Elifba bayramı

  “Əlifba bayramı” hər bir uşağın həyatında əlamətdar bir hadisədir. Birincilər bu gün həyatda ən vacib addımlardan birini atdılar. Onlar artıq hərfləri tanıyır və sərbəst oxuyurlar. Bu bayramın keçirilməsi məktəblərdə mühüm bir hadisədir.

  “Əlifba bayramı”nın qeyd edilməsi 210 №-li tam orta məktəbdə də gözəl bir ənənəyə çevrilib. Aprelin 8-i məktəbin rus bölməsinin 1 "C" sinif şagirdləri sinif müəllimləri Səadət İsrafilovanın rəhbərliyi ilə "Əlifba bayramı"nı qeyd etdilər. 

  Tədbir akt  zalında keçirildi. Məktəbə yenicə qədəm basmış birincilər böyük inam və sevinclə müəllim və valideynləri qarşısında çıxış etdilər. Onlar müxtəlif mahnılar oxuyur, şeirlər söyləyir, rəqs etdilər. 

  Səhnənin gözəl bəzədilməsi, zalın bədii tərtibatı, kompyuter effektləri, gözəl və rəngarəng dekorasiya göz oxşayırdı. Bayram çox təntənəli və maraqlı keçdi.

https://youtu.be/dKC38SrlGYQ

https://youtu.be/NrDdqnv4aCk

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi