Qəhrəmanlar unudulmur!

  Fəaliyyət planının 3.1.5 bəndinin "Vətənin qəhrəman oğulları" mövzusuna əsasən aprel-may ayı çərçivəsində şagird təqdimatları keçirilir.

  Bu mövzu üzrə aprelin 1-i məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Məhəbbət Sadıqova 7 "B" sinfinin şagirdləri ilə Milli Qəhrəman Salatın Əsgərovaya həsr olunmuş təqdimat hazırlayıb. Şagirdlər dərsdə Salatın Əsgərova haqqında topladıqları məlumatları, maraqlı faktları paylaşıblar.

  Salatın Əziz qızı Əsgərova 1961-ci il dekabrın 16-da Bakıda anadan olub. O, “Molodoy Azerbaydjana” qəzetinin əməkdaşı kimi müharibənin ilk günlərindən hərbi mövzuda yazılar yazıb, tez-tez cəbhənin qaynar nöqtələrində olub, heç nədən qorxmadan dəfələrlə erməni kəndlərinə gedib, onları yanlış yoldan geri çağırmağa çalışıb. 1991-ci il yanvarın 9-da Şuşanın Qaladərəsi kəndi yaxınlığında ermənilərin pusqusuna düşüb və qətlə yetirilib. 1992-ci il noyabrın 6-da Milli Qəhrəman adına layiq görülüb.

  Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib. Bakı şəhərində küçələrdən biri, Bakı buxtasındakı gəzinti kateri onun adını daşıyır. “Təfəkkür” Universitetində büstü qoyulub, yaşadığı binaya xatirə lövhəsi vurulub.

 Şuşanın kəndlərindən birinə onun adı verilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi