Azərbaycalıların Soyqırımı Günü

  Martın 31-i bizə Azərbaycanın tarixində unudulmaz bir gündür.

  Erməni daşnaklarının bolşeviklərlə birgə azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımından 98 il ötür.

  1918-ci il 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlılara qarşı soyqırımı törədiblər. Rəsmi mənbələrə əsasən, soyqırımı nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb. Azərbaycan hər il bu qanlı tarixi dərin hüznlə yad edir. 

  210 №-li tam orta məktəbdə bu gün də 31 Mart anılmaqdadır. Məktəbin rus bölməsi 1 "C" sinfinin rəhbəri Səadət İsrafilova ilk dərs saatını mart soyqırımına həsr edib. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi