Mart qırğını

  1998-ci ildən 31 mart Azərbaycan Respublikasında dövlət səviyyəsində Azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir. Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür. Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.

  Bu gün 210 №-li tam orta məktəbdə də Mart Soyqırımı dərin hüznlə anıldı. Bütün siniflərdə ilk dərslərdə 31 Mart Soyqırımı günü həlak olanların xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Bu faciə ilə bağlı silsilə tədbirlər, soyqırımı əks etdirən bir çox slaydlar hazırlanıb. Şagirdlər törədilən vəhşilikləri əhatə edən təqdimatlar, divar kağızları təqdim ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi