"Ölkəmizi tanıyaq" tur aksiyası

  Artıq neçə ildir ki, Azərbaycanın orta ümumtəhsil məktəblərinin IX və XI sinif şagirdlərinin “Ölkəmizi tanıyaq” devizi altında Vətənimizin müxtəlif bölgələrinə maarifləndirici tur-aksiyaları keçirilir. Dövlət başçısı Cənab Prezident İlham Əliyevin tövsiyəsinə əsasən Prezident Administrasiyasının təşkilatçılığı ilə keçirilən tur-aksiyalar gözəl ənənə halı alıb.
  Qeyd edək ki, layihənin əsas məqsədi şagirdləri ölkəmizin müxtəlif bölgələrinin müasir həyatı, tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri, ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müstəqil Azərbaycanın nailiyyətləri ilə yaxından tanış etmək, Prezident İlham Əliyevin qətiyyəti və iradəsi ilə respublikamızın dinamik sosial-iqtisadi inkişafı, gündən-günə abadlaşan şəhər və rayonlarımızın yeniləşən siması barədə gənclərdə əyani təsəvvür yaratmaqdır.
Bu aksiyada məktəbin XI sinif şagirdi Bəxtiyar Qasımov təmsil edir. 
  Məktəblilər Nizami rayonu İcra Hakimiyyətində toplaşaraq təntənəli tədbir ilə yola salındılar. Rayonun icra başçısı Arif Qasımov və digər məsul nümayəndələr şagirdlərə xoş arzularını çatdırdılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi