Bayram şənliyi

  19 mart tarixində 210 №-li tam orta məktəbdə xalqımızın qədim və ən əziz bayramlarından olan Novruz bayramı münasibəti ilə bayram tədbiri keçirildi.

  Novruzun gəlişini tərənnüm edən al-əlvan əl işləri, rəsm nümunələri ilə bəzədilmiş bayram mərasimində ulu babalarımızdan bugünkü nəslə yadigar qalan qədim el sənətləri nümayiş olunub, həmçinin Novruz bayramının bolluq və bərəkət təcəssümü olan səməni və müxtəlif  şirniyyat nümunələri süfrələri bəzəyib.
  Məktəbin şagirdlərinin ifasında milli-mənəvi dəyərlərimizin rəmzi sayılan rəqslərdən ibarət rəngarəng tədbir bayram şənliyinin iştirakçılarında xoş ovqat yaradıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi