Ümumdünya Mülki Müdafiə Günü

   Ümumdünya Mülki Müdafiə Günü — 1 mart 1972-ci il də Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə qeyd edilən xüsusi gündür. Bu gün Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunub və hər il bütün qitələrdə kütləvi humanitar tədbir kimi qeyd edilir. Azərbaycan bu nüfuzlu beynəlxalq təşkilatın tərkibinə 1993-cü ildə daxil olub. Beynəlxalq Mülki Müdafiə Günü hər il konkret bir problemə həsr edilir. 
   Şagirdlərin mühafizəsini təşkil etmək, fövqəladə hallardan mühafizə sahəsində şagirdlərin hazırlığını təmin etmək mülki müdafiə orqanları qarşısında bir nömrəli vəzifə kimi durur. Hər il mütəmadi olaraq müəllimlər Mülki Müdafiə təlimlərində iştirak edirlər. 
210 №-li tam orta məktəbdə X-XI sinif şagirdləri martın 1-i Mülki Müdafiə Günündə əyani olaraq fövqəladə hallar zamanı özünü necə aparmalı, hansı qaydalara əməl etməli, ilk yardımı necə göstərməyi nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi