XOCALINI UNUTMADIQ , UNUTDURMADIQ

   Fevralın 25-də məktəbin tarix müəllimi Mirvari Şükürova , musiqi müəllimi Pakizə Cəfərquliyeva şagirdləri ilə birlikdə Xocalı faciəsini tanıtmaq, haqq səsimizi dünyaya çatdırmaq məqsədilə Azərbaycan və ingilis dilində hazırladıqları Xocalıda törədilmiş qətliamı əks etdirən buklet və broşurları şəhərin mərkəzində, Nizami küçəsində, İçərişəhərdə, metro çıxışlarında şəhərimizə qonaq gələn əcnəbi qonaqlara təqdim etdilər. Vətəndaş olaraq faciəni, düşmənin törətdiyi vəhşilikləri dünyaya çatdırmaq hər kəsin borcudur.

Bildiyimiz kimi 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirdilər. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarası aldı. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.

Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilmişdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi