Valideynin məktəbdə bir günü

   Fevralın 15-i 210 №-li tam orta məktəbdə valideynlər üçün “Açıq qapı” günü keçirildi. Valideynlər məktəbin idman zalı, kitabxana, laboratoriyalar, akt zalı, bufeti ilə tanış oldular. Onlar dərsləri müşahidə etdilər, müəllimlərdən övladlarının təhsil səviyyəsi haqqında məlumat aldılar. Sonda məktəb rəhbərliyi valideynləri maraqlandıran sualları cavablandırdı, onların təklif və iradlarını dinlədi.

   Bu cür layihələrin keçirilməsində əsas məqsəd valideynlərə övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığının təmin olunması, qeyri-formal mühitdə məktəbin pedaqoji heyəti və texniki işçi kollektivi ilə ünsiyyət platformasının yaradılması idi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi