“Ən yaxşı məktəb saytı” müsabiqəsinin qalibiyik

   Paytaxtın ümumi təhsil müəssisələri arasında təşkil olunmuş “Ən yaxşı məktəb saytı” müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

   Bakı Şəhəri üzrə Təhsil İdarəsində (BŞTİ) təşkil edilmiş tədbirdə BŞTİ-nin müdiri Rəşad Tağıyev, idarənin müvafiq struktur bölmə rəhbərləri, qalib məktəblərin direktorları və məktəblərin saytının idarə edilməsinə məsul şəxslər iştirak ediblər.

   Bakının 12 inzibati rayonunu əhatə edən müsabiqənin nəticələrinə görə,  Nizami rayonu üzrə 210 nömrəli tam orta məktəb Münsiflər heyəti tərəfindən qalib seçilib. Müsabiqədə paytaxtın hər bir inzibati rayonu üzrə qalib gəlmiş məktəblər İdarə tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi