İnşa müsabiqəsi

   Məktəbdə 20 Yanvar faciəsinə həsr edilmiş "20 Yanvar faciəsi xalqımızın qəhrəmanlıq salnaməsi" adlı inşa yazı müsabiqəsi təşkil olunub. Müsabiqə VIII-X sinif şagirdləri arasında keçirilib.

   Belə müsabiqələrin təşkilində məqsəd 20 Yanvar faciəsi qurbanlarının yad edilməsi, gənc nəslin nümayəndələrində doğma Vətənə sevgi hissinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ olunması, istedadlı şagirdlərin inşa yazı sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmək üçün şərait yaradılmasıdır. Bu cür müsabiqələr 20 Yanvar hadisələrinin gənclər arasında daha dərindən öyrənilməsi baxımından çox önəmlidir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi