Keçmişə səyahət

   Məktəbin 5 “A” sinif şagirdləri və sinif rəhbəri Sevil Nəzərəliyeva, tarix müəllimi Sədaqət Bədəlova ilə birlikdə Vətənimizin tarixini öyrənmək məqsədilə Şirvanşahlar tarix muzeyinə ekskursiya etmişlər.
Şirvanşahlar dövləti Azərbaycanın uzun ömürlü və güclü dövlətlərindən biri olmuşdur. 1192-ci ildə Şamaxı zəlzələsi ilə əlaqədar paytaxt Bakıya koçürülüb. 

   Şirvanşahlar sarayı muzeyində keçmiş əsrlərdə inşa edilmiş Şamaxıdakı Gülüstan qalası, Ağsu çayı sahilindəki Buğurd qalası, Bakıdakı Mərdəkan qalası, Goy Günbəz, Sınıqqala, Üçgünbəz  kimi memarlıq abidələrinin maketi məhz Şirvanşahlar saray muzeyində saxlanılır. Hər bir maketin qarşısında inşa olunduğu tarix rəngli formada monitorda qeyd olunur. Şagirdlər səsləndirilən tarixi faktları maraqla dinləyirdilər. Müxtəlif rənglərlə bərq vuran qala, imarət və məscidlərin maketləri göz oxşayırdı.

   Muzeydə Şirvan şahlarının heykəlləri, zirehli geyimləri şagirdlərin böyük marağına səbəb oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi