20 Yanvara həsr edilmiş bilik yarışı keçirilib

   Yanvarın 11-də məktəbin VI sinifləri arasında 20 Yanvar-Ümumxalq Hüzn Gününün iyirmi doqquzuncu ildönümünə həsr edilmiş bilik yarışı keçirilib. Tarix fənni üzrə təşkil edilmiş yarışda şagirdlərə hər raundda 5 sual olmaqla ümumilikdə 15 sual təqdim olunub. Şagirdlərin fəal iştirak etdiyi bilik yarışının sonunda qalib komandaya məktəb rəhbərliyi tərəfindən diplom təqdim edilib.

   Qeyd edək ki, məktəbdə ənənəvi olaraq keçirilən “Bilik yarış”ları uşaqların təhsilə marağının artırılması, onlar arasında sağlam rəqabət mühitinin formalaşdırılması məqsədi ilə təşkil edilir və eyni zamanda xüsusi istedada malik uşaqların potensialının aşkar edilməsinə xidmət edir.  

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi