Diqqət uşaqlar!

  Dekabrın 18-i Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Nizami Rayonu Polis İdarələrinin Yol hərəkəti qaydalarına həsr olunmuş "Diqqət uşaqlar!" adlı tədbir keçirildi. Tədbirin keçirilməsində başlıca məqsəd şagirdlərə yol hərəkəti təhlükəsiz davranış qaydalarını öyrətmək, eləcə də yol hərəkəti qaydaları barədə ətraflı məlumat vermək idi. Tədbirə bir sıra qonaqlar dəvət almışdır. Tədbirdə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov, Nizami Rayon Polis İdarəsinin nümayəndələri, 1 saylı Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin əməkdaşı Fəridə Süleymanova, şagirdlər, müəllimlər, valideyn komitələrinin nümayəndələri iştirak etdilər.
 Əvvəlcə məktəbin direktoru Kəmalə Rəsulova bütün qonaqları salamladı və bu cür tədbirlərin keçirilməsində şagirdlərin maariflənməsi onların həyatlarının qorunması, yollarda təhlükəsiz davranış vərdişlərinin aşılanması üçün mühüm olduğunu qeyd etdi. Tədbirdə Elmira Məmmədovanın rəhbərlik etdiyi 3 "B" sinif şagirdləri yol hərəkəti qaydaları ilə bağlı rəngarəng səhnəciklər nümayiş etdirdilər. Səhnə yol hərəkəti qaydalarına dair plakatlar, stendlər və yol nişanları ilə bəzədilmişdir. Tədbirin sonunda gələn qonaqlar şagirdləri maraqlandıran sualları cavablandırdılar və məktəb rəhbərliyinə dəvət üçün təşəkkür etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi