Monitorinq imtahanları

     210 nömrəli tam orta məktəb “Elektron Sınaq Qiymətləndirmə” layihəsi əsasında şagirdlərin bilik səviyyəsini müəyyən etmək üçün noyabr və dekabr aylarında V-XI sinif şagirdləri arasında monitorinq imtahanlarını keçirir. Monitorinq imtahanları V-XI siniflərdə təhsil alan şagirdlər üçün əsas fənlərdən olan Azərbaycan (rus) dili və riyaziyyat fənlərindən təşkil olunur.

     Dekabrın 3-də V siniflərin monitorinqi həyata keçirildi.

     “Elektron Sınaq Qiymətləndirmə” layihəsinin əsas məqsədi şagirdlərin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması, yeni fənn kurikulumlarının tətbiqində məktəbdaxili qiymətləndirmənin rolunun daha da artırılması, innovativ elektron sınaq qiymətləndirmə alətinin tətbiqi ilə şagirdlərin inkişaf dinamikasının izlənilməsi, qiymətləndirmə nəticələrinin təhlilinin və müvafiq hesabatların vaxtında hazırlanmasının təmin edilməsi, şagirdlərin bu kimi qiymətləndirmələrdə iştirak təcrübəsinin artırılması, həmçinin təhsili idarəetmə orqanlarının şagird nailiyyətlərinin izlənilməsi sahəsində aparılan fəaliyyətlərinə dəstək olmaqdır.

     Monitorinq imtahanlarının nəticələri şagirdlərin biliyinin qiymətləndirilməsinə hüquqi təsir göstərmir və yalnız təhsil sahəsində dövlət standartlarının təmin edilməsi üçün aparılan islahatların, o cümlədən yeni təhsil proqramlarının (kurikulumlar) tədris prosesinə təsirinin müəyyənləşdirilməsi məqsədi daşıyır. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi