Gəlin birgə oxuyaq!

     Bu gün 3 dekabr tarixində 210 nömrəli tam orta məktəbdə "Oxu günü" keçirilib. Məktəbin şagirdləri bu günün keçrilməsində həvəslə iştirak ediblər.

     “Oxu günü” çərçivəsində şagirdlər Azərbaycanın görkəmli ədiblərinin həyat və yaradıcılığından bəhs edən kitablar, eyni zamanda onların seçilmiş əsərlərini, maraqlı hekayə, rəvayət və nağıllar, müvafiq dərslər mütaliə etmişlər.

     “Oxu günü”nün əsas məqsədi şagirdlərin bir şəxsiyyət kimi formalaşması, onların mənəvi aləminin zənginləşməsi, bədii təxəyyülünün, obrazlı və məntiqi təfəkkürünün, idraki bacarıqlarının inkişafında mütaliə mədəniyyətinin və kitabın mühüm rolunun təbliğidir.

     “Oxu Günü” uşaq, yeniyetmə və gənclər arasında mütaliə mədəniyyəti və oxu vərdişinin inkişafı, kitaba marağın artırılması məqsədilə təşkil olunur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi