Uzaq sahillərdə

     Noyabrın 22-də  məktəbdə Sovet İttifaqı Qəhrəmanı Mehdi Hənifə oğlu Hüseynzadənin 100 illik yubileyi ilə əlaqədar V siniflərdə "Uzaq sahillərdə" filminin nümayişi  təşkil olundu. Film Azərbaycan xalqının şanlı oğlu, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin İkinci dünya müharibəsi illərində İtaliya və Yuqaslaviyada faşist işğalçılarına qarşı apardığı mübarizədən bəhs edir. Uşaqlar filmə çox böyük maraq və həvəslə baxdılar. Filmə baxdıqdan sonra məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Sevil Nəzərəliyeva şagirdlərlə film haqqında maraqlı müzakirələr apardı. Şagirdlər filmlə yanaşı Mehdi Hüseynzadənin həyatı və fəaliyyəti ilə də maraqlı və vacib faktlarla tanış oldular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi