100 min ağac

     Bildiyimiz kimi, Təhsil Nazirliyi  Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə noyabrın 17-də təhsil müəssisələrində ağacəkmə aksiyası keçirilib.

     “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” devizi altında məktəbin həyətində bir neçə növ ağac əkilib.

     Ağacəkmə aksiyasında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşları Vüsalə Mirzəliyeva və Nəzrin Əliyeva, məktəb direktoru, pedaqoji və texniki heyət və yuxarı sinif şagirdləri iştirak ediblər.

     Ağacəkmə aksiyasının məqsədi ölkənin ekologiya və biomüxtəlifliyinin mühafizəsi, ekoloji tarazlığın bərpası, təbiətə töhfə vermək, insanların diqqətinin yaşıllıqların qorunmasına yönəltməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi