Ay–ulduzlu bayrağım, Günəş üzlü bayrağım.

     08.11.2018-ci il tarixdə 9 Noyabr "Dövlət Bayrağı Günü" münasibətilə məktəbin Azərbaycan bölməsi ibtidai sinif müəllimi Elnarə Ağayeva sinif rəhbəri olduğu 1 "A" sinfi ilə fləşmob-tədbir keçirib. Məktəbin geniş foyesində keçirilən fləşmobda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Müxtəlif musiqi nömrələri, görkəmli xalq şairlərimizdən dövlət bayrağına aid şeir parçaları səsləndirilib, musiqili rəqs kompozisiyaları nümayiş olunub. Sonda məktəbin direktoru Kəmalə Rəsulova çıxış edərək, bayrağın hər bir dövlətin bütövlük, müstəqillik, yenilməzlik, ucalıq rəmzi olduğunu söyləyib. K.Rəsulova qarşıdan gələn 9 Noyabr "Dövlət Bayrağı Günü" münasibətilə şagird və müəllimləri təbrik edib, onlara müvəffəqiyyətlər arzulayıb.

 

https://www.youtube.com/watch?v=29SlPhgh7lw

https://www.youtube.com/watch?v=o9DX9tCbUy0

https://www.youtube.com/watch?v=3t7mSK6Lt0s

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi