Bayraq mənliyimdir, bayraq kimliyim, Bayraq-öz yurduma öz hakimliyim.

   Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyi rəmzidir. Hər il Azərbaycan Respublikası noyabr ayının 9-da türkçülük, islamçılıq və müasirliyimizin rəmzi olan əsas atributlarımızdan sayılan bayraq gününü fəxrlə qeyd edir.

   Noyabr 6-da 210 nömrəli tam orta məktəbdə 9 Noyabr Bayraq Günü ilə əlaqədar rəsm VI və VII sinif şagirdləri arasında müsabiqəsi təşkil olunmuşdur.

   Müsabiqə uşaqlar arasında yaradıcılıq meyillərini stimullaşdırmaq, onların yaradıcılıq duyğularını inkişaf etdirmək, ətraf mühitə  münasibət, ən əsasıda doğma Vətənə, bayrağa məhəbbət hisslərini artırmaq  məqsədilə keçirilmişdir.  Uşaqlar əsərlərində əsasən  yaşadığı bölgənin milli  mədəni və tarixi  abidələrini, milli atributlarımızı, o cümlədən, hərbi vətənpərvərlik mövzusu  və qəhrəmanların obrazlarını  təsvir edən əl işlərini müsabiqəyə təqdim ediblər.

   Əlavə olaraq Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün münasibətilə bayrağımzın yaranma tarixi ilə bağlı bir neçə əsas məqamları paylaşmağı özümüzə borc bildik. Bu gün Azərbaycan Respublikası üzərində dalğalanan müqəddəs Dövlət Bayrağımız- milli bayrağımız ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada  qəbul edilmiş və qaldırılmışdır.

   Müstəqil Azərbaycanın dövlət bayrağındakı üç rəngin ifadə etdiyi “Türkçülük, islamçılıq və müasirlik” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir.

   Prezident İlham Əliyevin Sərəncamına əsasən, hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir.

   2009-cu ilin noyabr ayında Dövlət Bayrağı Günü ilə bağlı Əmək Məcəlləsinin 105-ci maddəsinə əlavə edilmiş əlavəyə əsasən, 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü elan olunur və bu bayram ölkədə qeyri-iş günü olan bayramların siyahısına daxil edilir.

   2010-cu ilin sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən Dövlət Bayrağı Meydanının - Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olmuşdur. 162 metr yüksəklikdə dalğalanan Azərbaycan bayrağı dünyanın ən yüksək bayrağıdır. İnşa olunmuş dayağın hündürlüyü 162 m, bünövrəsinin diametri 3,2 m, bünövrənin üst hissəsinin diametri 1,09 m-dir. Qurğunun ümumi kütləsi 220 tondur. Bayrağın eni 35 m, uzunluğu 70 m, ümumi sahəsi 2450 m², kütləsi isə təqribən 350 kq-dır. Ginnes Dünya Rekordları Təşkilatı 2010-cu il mayın 29-da Azərbaycan Dövlət Bayrağı Dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edib. Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, dövlət himninin mətni və ölkəmizin xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb. Meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi