Şən və Hazırcavablarımız

   Noyabrın 3-ü R.Behbudov adına Dövlət Mahnı Teatrında Bakı şəhərinin ümumtəhsil məktəbləri arasında  Təhsil Nazirliyi, Azərbaycan Şən və Hazırcavablar Klubunun birgə təşkil etdiyi “Yunior Liqa” adlı müsabiqə keçirildi. 210 nömrəli tam orta məktəbin 8 "c" sinfinin "СУП2" adlı Şən və Hazırcavablar klubu da bu möhtəşəm müsabiqəyə çox böyük həvəs və maraqla qoşuldu. Komandanın çıxışı uğurlu olduğu üçün münsiflər heyətinin böyük rəğbətini qazandı. Və bu uğurlu çıxış əsas mükafatlardan olan kubokla qiymətləndirildi. 

   Qeyd edək ki, məktəbin Şən və Hazırcavablar Klubu bu cür növbəti tədbirlərin keçirilməsini böyük səbirsizliklə gözləyir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi