Məmməd Arazın yaradıcılığı ilə tanışlıq

   Şagirdlərə mütaliə vərdişlərini aşılamaq, Azərbaycanın görkəmli ədiblərini tanıtmaq və onların əsərlərini sevdirmək, kitaba, müəllifə qarşı rəğbət aşılamaq məqsədilə məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Minayə Allahverdiyeva 6-cı sinif şagirdləri ilə ədəbiyyat dərsini kitabxanada tədris etdi.

   Şagirdlərə Məmməd Arazın şəxsiyyəti, həyat və yaradıcılığı haqqında ətraflı məlumat verildi. Dərs çərçivəsində şagirdlər onun şeirləri ilə tanış oldu. Müəllifin sözlərinə yazılmış: "Dünya sənin, dünya mənim, dünya heç kimin" mahnısından bir parça şagirdlər tərəfindən dinlənildi. Şagirdlər dərsdə xüsusi fəallıq nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi