Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar tədbir

  Məktəbdə 18 oktyabr-Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar 3 "A", 3 "B" siniflərinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə məktəbin pedaqoji və şagird  kollektivi iştirak edib.

  Tədbirlərdə çıxış edən məktəbin direktoru 27 il əvvəl oktyabrın 18-də Dövlət Müstəqilliyi haqqında Konstitusiya aktının qəbul edildiyini və bu aktın tariximizin ən şanlı səhifəsində öz layiqli yerini tutuğunu şagirdlərin diqqətinə çatdırıb.

   Azərbaycan tarixinin ən mühüm günlərindən birinə həsr olunmuş tədbirlərdə iştirak edən şagirdlər söylədikləri şeirlər, ifa etdikləri mahnılar ilə Vətənə olan sevgilərini nümayiş etdiriblər. Məktəblilər tərəfindən göstərilən ədəbi-bədii kompozisiyalar tədbirlərə əlavə rəngarənglik qatıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi